Azərbaycana ən çox bu ölkələrdən turist GƏLİR  

Azərbaycana ən çox bu ölkələrdən turist GƏLİR  

Hazırda oxunan: Azərbaycana ən çox bu ölkələrdən turist GƏLİR  
203109
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 179 ölkəsindən 1231,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib. 

Gələnlərin 29,2%-i Rusiya Federasiyası, 17,3%-i Türkiyə, 9,7%-i Hindistan, 8,7%-i İran, 4,1%-i Gürcüstan, 3,2%-i Səudiyyə Ərəbistanı, 3,1%-i Qazaxıstan, 2,5%-i Pakistan, hər birindən 1,7% olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4%-i Ukrayna, hər birindən 1,3% olmaqla Çin, Küveyt və Türkmənistan, 1,1%-i Belarus, 12,4%-i digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 68,2%-ni kişilər, 31,8%-ni qadınlar təşkil edib. 

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan - 2,4 dəfə, Çindən - 2,3 dəfə, İspaniyadan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə, Pakistandan – 47%, Tacikistandan - 45,8%, İtaliyadan - 41,8%, İordaniyadan - 37,6%, Yəməndən - 37,6%, Küveytdən - 37,2%, Türkmənistandan - 36,8%, Bəhreyndən - 34,7%, Polşadan – 34%, Misirdən - 29,2%, Özbəkistandan - 26,9%, ABŞ-dan - 23,6%, Ukraynadan - 22,2%, Almaniyadan - 22,1%, Türkiyədən - 21,1%, Rusiya Federasiyasından – 19%, Fransadan - 15,7%, Gürcüstandan - 13,1%, Birləşmiş Ərəb Əmirliklərindən - 8,1% artıb. 

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 49% artaraq 200 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 30% artaraq 46,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 22,3% artaraq 472,8 min nəfər olub. 
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,5%-i hava, 25,2%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO