“Bitcoin” niyə rekord həddə BAHALAŞDI?

“Bitcoin” niyə rekord həddə BAHALAŞDI?

Hazırda oxunan: “Bitcoin” niyə rekord həddə BAHALAŞDI?

182096

Bu gün səhər saatlarından etibarən beynəlxalq kriptovalyuta bazarında “Bitcoin”in dəyəri yenidən özünün ən yüksək həddinə çatıb və 1 BTC 71 085 – 71 091 dollar arasında arasında dəyər görməyə başladı.

Bizim.Media xəbər verir ki, bu da son 3 il ərzində qeydə alınan ən yüksək  göstəricidir. 

Hazırda “Coinmarketcap” birjasında 1 BTC-nin dəyəri 71 806 dollardan bir qədər yüksəkdir.

Əldə etdiyi qazanc dəyəri isə təxminən 1 trilyon 410 milyard dolları ötüb. “Binance” birjasında isə bu qiymət 71.807 dollara qədərdir. 

“Coinmarketcap”da son 24 saat ərzində həyata keçirilən əməliyyatların həcmi isə 84% artarmaqla 52 milyard dollara çatıb.  

Qeyd edək ki, BTC “Coinmarketcap” birjasında 1.4 trilyon dollar bazar kapitalizasiyası ilə 72 min dollar ətrafında ticarət edilirir ki, da ümumi bazar kapitalizasiyasının 52.2%-ni təşkil edirdi. 

Cari ilin əvvəlində BTC üçün 100 milyon dollar və ondan da yüksək gəlir hədəflənirdi. Ancaq hazırda bütün diqqət aprel ayında baş tutacaq “halving” (yarılama) prosesinə yönəlib. 

“Coinglass”ın verdiyi məlumata görə, BTC-nin ən son qırdığı 70 min dollarlıq rekorddan sonra son 24 saat ərzində 332 milyon dollar ləğv edilib. Bunun 107 milyon dolları qısa müddətli, 224 milyon dolları isə uzun mövqelər üçün müəyyən edilib. 

Bu qədər bahalaşmanı Bizim.Media-ya şərh edən kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev, qiymət artımına təsir edən əsas faktorları sadalayıb:

“Bu, ilk növbədə “Bitcoin spot ETF” fondlarının və korporativ şirkətlərin “Bitcoin”ə olan kəskin tələbatın yaranması və kriptovalyuta bazarına əlavə kapitalın daxil olması ilə əlaqədardır. İkincisi isə aprel ayında gözlənilən “Bitcoin halving” hadisəsidir. 
Statistik məlumatlara əsasən, BTC-nin qiyməti həmişə halvinqdən bir neçə ay əvvəl artmağa başlayır, sonra isə növbəti maksimum qiymətə qədər yüksəlir. Sonuncu səbəb isə, ABŞ Federal Ehtiyatlar Sisteminın (FRS) uçot faiz dərəcəsinin vaxtından əvvəl endirəcəyi ilə bağlı gözləntilərin artmasıdır”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO