Dövlət resursları ilə bağlı problem HƏLL OLUNDU - Daha çökməyəcək  

Hazırda oxunan: Dövlət resursları ilə bağlı problem HƏLL OLUNDU - Daha çökməyəcək  

18193

Xəbər verirldiyi kimi bu gün Prezident “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, məsələni “Facebook” hesabında şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz uzun müddətdən bəri bu sahədə ciddi problemin olduğunu qeyd edib: 
 

MÖVZU İLƏ BAĞLI:

Qlobal iqtisadiyyat yeni TƏHLÜKƏ ilə üz-üzə - İqtisadçılardan HƏYƏCAN TƏBİLİ 


“Prezidentin bu fərmanı ilə böyük büdcə vəsaitləri xərcləməklə hazırlanan dövlət resurslarının bir anda çökməsinin qarşısı alınacaq.

Dəfələrlə şahidi olmuşuq ki, müxtəlif dövlət qurumlarına məxsus, külli miqdarda büdcə vəsaiti hesabına hazırlanan dövlət məlumat bazaları və informasiya sistemləri bir anda çökür və qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmirdi.

Sözügedən fərmana görə artıq dövlətin, cəmiyyətin və vətəndaşların maraqları baxımından vacib hesab edilən məsələlərin həlli məqsədilə yaradılan dövlət resurslarının siyahısı müəyyən olunacaq və onlara qarşı sərt tələblər hazırlanacaq.

Güman etmək olar ki, indiyədk mövcud olan sistemlər DTX və ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən audit olunaraq icrasi məcburi olan tələblər irəli sürüləcək. Yeni yaradılmalı olan dövlət informasiya sistemləri isə qabaqcadan bəlli qaydalara əməl etməli olacaqlar”.

Ekspert xatırladıb ki, indiyədək strateji dövlət resurslarının auditi məsələsi könüllü idi:

“Fərmanın icrasına nəzarəti, zəruri tənzimləyici sənədlərin, o cümlədən kritik informasiya infrastrukturuna hansı dövlət qurumlarının informasiya resurslarının daxil ediləcəyini Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti müəyyən edəcək”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO