2024-cü ildə iqtisadiyyatımız nə qədər inkişaf edəcək? – RƏSMİ AÇIQLAMA 

2024-cü ildə iqtisadiyyatımız nə qədər inkişaf edəcək? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: 2024-cü ildə iqtisadiyyatımız nə qədər inkişaf edəcək? – RƏSMİ AÇIQLAMA 
164137
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ölkəmizdə iqtisadi artımın 2024-cü ildə 3,3 faiz, 2025-ci ildə isə 3,2 faiz olacağı proqnozlaşdırılır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin plenar iclasında səsləndirib.

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı çıxış edən Taleh Kazımov bildirib ki, qeyri-neft-qaz sektoru üzrə ÜDM 2024-cü ildə 5,4 faiz, 2025-ci ildə isə 5,1 faiz artacaq:

“Oktyabrın sonuna olan göstəricilərə görə, Mərkəzi Bankın valyuta ehtiyatı 66 milyard dollar olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artım deməkdir. Eyni zamanda, bu il ərzaq inflyasiyası 4,5 %, qeyri-ərzaq inflyasiyası 5,9 % olub”.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsi ilə bağlı qanun layihələri müzakirə olunur.
İclasda hökumət üzvləri, o cümlədən Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digərləri iştirak edirlər.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO