“Bitcoin” sürətlə BAHALAŞIR – Qiymət 40 min dollara ÇATACAQ?

“Bitcoin” sürətlə BAHALAŞIR – Qiymət 40 min dollara ÇATACAQ?

Hazırda oxunan: “Bitcoin” sürətlə BAHALAŞIR – Qiymət 40 min dollara ÇATACAQ?

162620

Bu gün səhər saatlarından etibarən dünya kriptovalyuta birjalarında 1 ədəd “Bitcoin”in qiyməti 35 min dollardan yüksək qiymətə təklif olunmağa başlayıb.

Belə ki, bəzi birjalarda gecə saatlarında bu kriptovalyuta 35.984 dollara qədər dəyər qazanıb.

Bəs, “Bitcoin”in birdən-birə bu qədər dəyər qazanması nə ilə əlaqədardır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən “Kriptoinvest.az” saytının rəhbəri, kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev, bunu noyabrın 1-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot faiz dərəcəsi diapazonunu illik 5,25-5,5% səviyyəsində saxlaması ilə əlaqələndirib.

FED-in məlumatına istinad edən ekspert, ABŞ-ın bank sisteminin sağlam və sabit olduğunu bildirib:

“Bizneslər üçün sərt maliyyə və kredit şərtləri, ehtimal ki, iqtisadi fəaliyyətə, işə qəbula və inflyasiyaya aşağı istiqamətli təzyiq göstərəcək. Bu təsirin miqyası qeyri-müəyyən olaraq qalır. Burdan belə nəticəyə gəlmək olar ki, ABŞ-da inflyasiya yüksək olmasına baxmayaraq, işsizlik aşağı olaraq qalır və iqtisadi fəallıq sürətlə böyüməyə davam edir. Bu qərar bazar gözləntiləri ilə üst-üstə düşdü. Dolayı yolla kriptovalyuta sektoruna da müsbət təsir göstərdi”.

Qiymət 39 min dolları ötə bilər

Müsahibimiz vurğulayıb ki, “Bitcoin”in dəyər qazanması birjalarda digər kriptovalyutaların qiymətlərinin 35%-ə qədər yüksəlməsi ilə nəticələndi:

““CoinMarketCap” birjasının son məlumatına görə, 02.11.2023 tarixində kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin ümumi bazar kapitalizasiyası 1 trilyon dollardır. Bazar kapitalizasiyası 689 milyard dollar olan “Bitcoin” ümumi kriptovalyuta bazarının 52%-ni təşkil edir və bununla da, bazar kapitalizasiyasına görə dünyanın ən məşhur şirkətləri olan VİSA (487 milyard), Walmart (439 milyard), Exxon Mobile (429 milyard), JPMorgan Chase (408 milyard), Samsung (333 milyard), Master Card (364 nilyard), Nestle (298 milyard), Toyota (235 milyard), Bank of Amerika (201 milyard), Coca-Cola (240 milyard) şirkətlərini keçdi”.

Hazırkı qiymət korreksiya olunduqdan sonra 39.600 dollara qədər bahalaşa biləcəyini deyən E.Quliyev, yanvar ayına qədər bazarda kəskin qiymət enməsi ehtimalının olduğunu da diqqətə çatdırıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO