Heyvanların sayında KƏSKİN AZALMA – “Ətin qiyməti yenidən BAHALAŞACAQ”

Heyvanların sayında KƏSKİN AZALMA – “Ətin qiyməti yenidən BAHALAŞACAQ”

Hazırda oxunan: Heyvanların sayında KƏSKİN AZALMA – “Ətin qiyməti yenidən BAHALAŞACAQ”

162295

Azərbaycanda iribuynuzlu mal-qara və qoyunların sayında son illərdə müşahidə olunan azalma daha da sürətlənib. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, 2023-cü il oktyabr ayının 1-nə Azərbaycanda 2 milyon 533,1 min baş iribuynuzlu heyvan, 7 milyon 223.2 min baş xırdabuynuzlu heyvan olub.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayında 4.3 faiz və ya 113.4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8.9 faiz və ya 705.1 min baş azalma deməkdir. Bu, həmçinin ölkədə xırda və iribuynuzlu heyvan sayında son 10 illik dövrdə ən kəskin azalmadır.
Göründüyü kimi, ölkəmizə idxal edilən iri və xırdabuynuzlu heyvanların sayı kəskin azalıb. 

Belə olan halda, son zamanlar ətin qiyməti daha da bahalaşa bilərmi? 

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirir ki, mövcud durum davam edəcəyi təqdirdə ətin qiyməti daha da bahalaşacaq: 
 

MÖVZU İLƏ BAĞLI:

BƏDBİN PROQNOZ: Bu məhsulların qiyməti BAHALAŞACAQ


“Ölkədə heyvandarlıq məhsulları sürətlə azalır. Son 10 ildə ətin qiymətində ancaq bahalaşma müşahidə edilir. 10 il öncə ətin qiyməti 8-10 manat idisə, indi 17-20 manat arasındadır. Ətin qiymətinin bahalaşmasının bir çox səbəbləri olsa da, burada heyvardarlığın zəifləməsi, iri və xırda buynuzlu heyvanların baş sayının azalması xüsusi rol oynayır. Belə davam edəcəyi təqdirdə, azalma daha sürətlə davam edəcək və bu da öz növbəsində ətin qiymətinin daha da bahalaşmasına gətirib çıxaracaq”. 

Amma ekspert bu məsələdə müəyyən qədər optimistdir. 

Belə ki, həmsöhbətimizin fikrincə, işğaldan azad olunmuş ərazilərdə heyvandarlığa geniş yer ayırmaqla həmin sahənin inkişafına nail ola bilərik: 

“Qarşıdakı illərdə işğaldan azad olunmuş ərazilərdə minadan təmizlənən arealın sahəsinin genişlənməsi gözlənilir. Hansı ki, bu ərazilərdə heyvandarlıq üçün münbit şərait var. Bu ərazinin sakinləri heyvandarlığa geniş yer verirlər.

Onun hesabına qarşıdakı illərdə bu sahədə dönüş yaradıb, iri və xırda buynuzlu heyvanların sayının artımına və belədə ətin qiymət bahalaşmasının qarşısının alınmasına nail ola bilərik. 

Digər tərəfdən, vaxtilə alınan örüş yerləri heyvandarlıqla məşğul olan fermerlərə qaytırılmalıdır ki, ölkə daxilində ət istehsalı artsın”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO