Azərbaycan - Macarıstan ticarət münasibətləri üçün yeni dövr BAŞLAYIR - ŞƏRH 

Hazırda oxunan: Azərbaycan - Macarıstan ticarət münasibətləri üçün yeni dövr BAŞLAYIR - ŞƏRH 

151736

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Macarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 5,15 milyon ABŞ dolları və ya 21 faiz artaraq 29,6 milyon dolları üstələyib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandan Macarıstana qaz nəqlinin həcmi 1 milyard kubmetrə çatdırılacaq


Cari ilin ilk 7 ayında Azərbaycandan Macarıstana 1,55 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 812,78 min dollar və ya 2,1 dəfə çoxdur.

Macarıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 18,3 faiz və ya 4,34 milyon dollar artaraq 28 milyon dolları ötüb.

Cari ilin yanvar-iyul aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Macarıstanla ticarətin payı 0,1 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,01 faiz bəndi çoxdur.

Bununla bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Eldəniz Cəfərov, Azərbaycanla Maracarıstan arasındakı münasibətlərdə 2014-ci ildən sonra əməkdaşılığın yeni fazasının başladığını xatırlatdı.

Onun sözlərinə görə, həmin il hər iki ölkə strateji əməkdaşlığa imza atmışdı:

“Elə həmin il də Budapeşdə Azərbaycan-Macarıstan Biznes Forumu keçirildi ki, bu da öz təsirini ticarət dövriyyəsində göstərdi. Ölkələr arasında ən böyük ticarət göstəricisi məhz 2014-cü ildə müşahidə olundu və bu həcm 95 milyon dollara çatdı”.

Ekspert, sonradan bu göstəricinin 27 milyon dollara qədər azaldığını bildirdi:

“Ötən il isə 47.3 milyon dollar qədər gəlib çatdı. Bütün illərdə idxalımız ixracı kəskin üstələyirdi. Ötən ilki 47, 3 milyonluq ticarət dövriyyəsinin cəmi 2,3 milyon dolları ixracın, yerdə qalan 45 milyon dollar isə idxalın payına düşüb. Amma qarşıdakı illər bu münasibətlərdə kəskin dəyişimlər gözlənilir. Bu həm ticarət dövriyyəsinin 2014-cü ilin rekort həddini geridə qoyacaq, həm də ixrac idxalı kəskin ötəcək. Çünki dövriyyəyə Azərbaycan qazı girir”. 

Bu il Macarıstana 100 milyon kub-metrdən çox ixracın planlaşdırıldığını söyləyən E.Əmirov. bu göstəricinin zaman keçdikcə dəfələrlə artacağını vurğuladı:

“Bundan başqa, Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində olan strateji tərəfdaşlıq  dövriyyənin artımı üçün ciddi potensialdır. Bu razılaşmaya görə, Qara dənizin altından dünyada ən uzun 1195 kilometrlik sualtı elektrik kabelini çəkilməsi və Azərbaycanda alternativ enerji mənbələri hesablna istehsal edilən elektrik enerjisnin istehsalı nəzərdə tutulur.

Ticarət dövriyyəsinin tərkibinə gəldikdə isə, Macarıstandan ölkəmizə əsasən canlı bitki, şokolad, konservləşdirilmiş tərəvəz və ət məhsullarının idxal olunduğu, ölkəmizdən Macarıstana isə meyvə-tərəvəz şirəsi və hazır sousların, tikinti sənayesində istifadə olunan maşınlar  və s. məhsullar ixrac edilir. Dünənki səfər isə şübhəsiz ki, bu əlaqələri daha da gücləndirməyə xidmət edəcək”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfərə gedib.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO