Bakıya qələbə üçün gəlmişik\

Bakıya qələbə üçün gəlmişik\" - \"Lex\"in baş məşqçisi

Hazırda oxunan: Bakıya qələbə üçün gəlmişik\" - \"Lex\"in baş məşqçisi

83316

“Burada olmaqdan məmnunam. Bakıdakı hava şəraiti xoşagələndir. Hamı günəşli havanı xoşlayır. Bunun bizə problem yaradacağını düşünmürəm. Çünki istənilən havada oynamağa öyrəşmişik. Ötən həftə Polşada da belə hava var idi".

Bizim.Media xəbər verir ki, bu sözləri Polşa "Lex"inin baş məşqçisi Con van dren Brom Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la sabahkı cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, heyətlə bağlı müəyyən itkilərin olduğunu bildirib: "Bizim üç oyunçumuz sabahkı görüşdə meydana çıxmayacaq. Onları başqaları ilə əvəzləyəcəyik. İlk matçda çətinliklə də olsa, qalib gəldik. İnanıram ki, sabah da belə olacaq. Heyətdəki itkilərin bizə problem yaradacağını düşünmürəm".

Mütəxəssis deyib ki, cavab qarşılaşmasında heç-heçə də onlar üçün qənaətbəxş nəticə sayılacaq: 

"Amma mən heç vaxt komandamı meydana bərabərlik üçün çıxarmamışam. Bakıya qələbə qazanmaq üçün gəlmişik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO