Azərbaycanın 2 güləşçisi U-20 Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın 2 güləşçisi U-20 Avropa çempionatının finalına yüksəldi

Hazırda oxunan: Azərbaycanın 2 güləşçisi U-20 Avropa çempionatının finalına yüksəldi
81232
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 27-də İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yer alan yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Güləşçimiz Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb - 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) N.Quluzadə finala yüksəlib. Güləşçimiz həlledici görüşdə rumıniyalı Denis Mihayla qarşılaşacaq.

Ziya Babaşov (63 kq) ilk mərhələdə ukraynalı Oleq Xalilova (2:4), Xasay Həsənli (77 kq) isə türkiyəli Yüksel Sarıçiçeyə (1:3) məğlub olub.

Laçın Vəliyev (87 kq) səkkizdəbir finalda ukraynalı Nikita Alekseyevi üstələyib - 8:5. L.Vəliyev dörddəbir finalda isveçli Alqot Kaellmana gücünü göstərib - 4:1. Güləşçimiz yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabı ilə qalib gəlib. Təmsilçimiz finalda rumıniyalı Patrik Qordanla üz-üzə gələcək.

Mübarizəyə dörddə finaldan qoşulan Heybulla Qıstarov (130 kq) macar Adolf Başoyla bacarmayıb - 0:10. Rəqib finala yüksəldiyi üçün H.Qıstarov təsəlliverici görüşdə gürcü Mate Qokadzeylə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, bu çəki dərəcələrində həlledici görüşlər iyunun 28-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO