"Qarabağ" Avstriyaya yola düşdü - FOTO 

Hazırda oxunan: "Qarabağ" Avstriyaya yola düşdü - FOTO 

80018

İyunun 9-dan yeni mövsümün hazırlığına başlayan “Qarabağ” Bakıdakı təlim-məşq toplanışını başa vurub. 

Bizim.Media xəbər verir ki, "köhlən atlar" hazırlıq prosesinin ikinci mərhələsi üçün ötən gecə Avstriyaya yollanıb. 

Ağdam təmsilçisi sözügedən ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Hələlik rəqiblərin adları bəlli deyil. 

Qeyd edək ki, 2022/2023 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"i ilə qarşılaşacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO