ÇL 2022-2023 mövsümünün ilk püşkü atıldı

ÇL 2022-2023 mövsümünün ilk püşkü atıldı

Hazırda oxunan: ÇL 2022-2023 mövsümünün ilk püşkü atıldı

78116

UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün ilk püşkü atılıb. 

Bizim.Media xəbər verir ki, püşkatma nəticəsində ilkin təsnifat mərhələsinin yarımfinal cütlərinin tərkibi müəyyənləşib. 

Bu raundda Estoniya “Levadiya”sı İslandiyanın "Vikinqur" komandasına, San-Marinonun “La Fiorita” klubu isə Andorra "İnter"inə rəqib olub. 

Yarımfinallar iyunun 21-də, final isə iyunun 21-də olacaq. Qarşılaşmalar İslandiyada gerçəkləşəcək. 

İlkin təsnifat mərhələsinin qalibi I təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqibi hesab olunur. Bu raundun püşkü isə iyunun 14-də atılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO