FİDE yeni reytinq siyahısını açıqladı - Təmsilçilərimiz

FİDE yeni reytinq siyahısını açıqladı - Təmsilçilərimiz "10-luğ"a düşmədi

Hazırda oxunan: FİDE yeni reytinq siyahısını açıqladı - Təmsilçilərimiz "10-luğ"a düşmədi
72229
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Bizim.Media qurumun rəsmi saytına itinadən xəbər verir ki, Azərbaycanın heç bir təmsilçisi ilk "10-luğ"a düşməyib.

2759 xalı olan Şəhriyar Məmmədyarov 1 pillə geriləyərək, 11-cı sırada yer alıb. Teymur Rəcəbov isə 2753 xalla 13-cü yerdəki mövqeyini qoruyub. Qədir Hüseynov (2 668) 6 pillə irəliləyərək 70-ci yerə yüksəlib. Rauf Məmmədov (2 656) isə 86-cı sıraya enib.

Norveçli dünya çempionu Maqnus Karlsen 2 864 xalla liderdir. Xallarını 2 806-ya çatdıran çinli Dinq Liren Fransa təmsilçisi Alireza Firuzcanı (2 804) qabaqlayaraq, 2-ci pulləyə yüksəlib.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 454) 26-cıdır. Gülnar Məmmədova (2 387) 60-cı, Gövhər Beydullayeva (2 384) 65-ci sıraya yüksəlib. Xanım Balacayeva isə (2 376) 73-ci pilləyə geriləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO