Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

Hazırda oxunan: Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

640762

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın üçüncü günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulub. 
 

73 kq çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov 1/32 finalda Akil Qyakovaya (Kosovo),  1/16 finalda Finlandiya təmsilçisi Olin Valtteriyə qalib gəlib. O, 1/8 finalda isə Covannni Espositoya (İtaliya) uduzaraq çıxışını başa vurub.


Eyni çəkidə Rəşid Məmmədəliyev ilk mərhələdən azad olub. O, 1/16 finalda Castin Lemirə (Kanada), 1/8 finalda İtan Nernlə (Böyük Britaniya) qalib gəlib. Cüdoçumuz 1/4 finalda Dayan Bulemtafeslə isə uduzub. 

Amma R.Məmmədəliyev təsəlliverici qarşılaşmada Leonardo Valerianiyə qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Təmsilçimiz bu mübarizədə rəqibi Braziliya idmançısı, Yay Olimpiya Oyunlarının və dünya çempionatının bürünc mükafatçısı Daniel Karninə qalib gələrək bürünc medala sahib çıxıb.

Qadınların yarışında 57 kq çəki dərəcəsində Xədicə Qadaşova 1/32 finalda qırğızıstanlı Janar Joldoşeva ilə üz-üzə gəlib və uduzub.

Xatırldaq ki, hazırda Azərbaycan millisinin aktivində 1 medal var. Əhməd Yusifov (60 kq) dünya çempionatının qızıl medalını qazanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO