Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Hazırda oxunan: Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

640024

UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Azərbaycan - Litva oyununun hakimləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, D Liqasının II qrupunun qarşılaşmasını Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Qustavo Korreyaya həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza kömək edəcəklər. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.

VAR hakimi Bruno Esteves, AVAR hakimi isə Ana Klaudiya Silva Ribeyro olacaqlar.

Qeyd edək ki, Azərbaycan - Litva oyunu oktyabrın 4-də saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO