Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Bizim.Media xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Tacikistan seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma 8-ci km qəsəbə stadionunda, saat 20:00-da start götürəcək. Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edəcək.
Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
09:20 / 23.09.2026
Azərbaycan millisi bu gün Tacikistan yığması ilə üz-üzə gələcək
Hazırda oxunan: Azərbaycan millisi bu gün Tacikistan yığması ilə üz-üzə gələcək
Hazırda oxunan: Azərbaycan millisi bu gün Tacikistan yığması ilə üz-üzə gələcək
638208
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































