Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Hazırda oxunan: Hacı Kərimov dünya çempionatında finala yüksəldi

632529

Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarışın yeddinci günündə həlledici mərhələyə vəsiqə qazanıb.

O, debütdə hindistanlı Sumit Baraskara 5:1, ardından Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabı ilə qalib gəlib.

H.Kərimov 1/4 finalda ermənistanlı Davit Davtyanı 12:0 hesabı ilə üstələyib, yarımfinalda isə misirli Mohamed Ahmeddən güclü olub (9:2). O, çempionluq görüşündə iranlı Sina Mehdi Xəlili ilə üz-üzə gələcək.
 

Digər təmsilçilərdən Yusif Dursunov (125 kq) yaponiyalı Hosey Fucitaya 11:1, hindistanlı Ronak Ronaka 3:2 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Finalın bir addımlığında amerikalı Dreshaun Rossa uduzan (1:4) güləşçi bürünc medal uğrunda mübarizə aparacaq.


İsmayıl Rəhimli (74 kq) təsnifat mərhələsində özbəkistanlı Fərruxbəy Jumanazarova 2:4 hesabı ilə məğlub olub. Fərhad Süleymanlı (97 kq) macarıstanlı Robert Erdelyini 11:0 hesabı ilə vaxtından əvvəl sıradan çıxarsa da, 1/4 finalda belaruslu Azamat Tsarikayevə uduzub (8:19).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO