"Liverpul" 70 milyon avroluq təklif göndərdi

"Liverpul" 70 milyon avroluq təklif göndərdi

Hazırda oxunan: "Liverpul" 70 milyon avroluq təklif göndərdi

632439

"Liverpul" "Brayton"un vingeri Yankuba Mintenin transferi üçün 70 milyon avro təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İngiltərə klubu qambiyalı futbolçu ilə şəxsi müqavilə şərtlərini də razılaşdırıb.
 

Hazırda "Liverpul"la "Brayton" arasında danışıqlar davam edir. Mersisayd təmsilçisi transferin baş tutacağına nikbin yanaşır.


Bildirilir ki, Minti "Liverpul"un əsas transfer hədəfi olan Bredli Barkolanın alternativi deyil.

Yankuba Minti ötən mövsüm bütün turnirlərdə 36 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun "Brayton"la müqaviləsi 2029-cu ilin yayına qədərdir. (qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO