“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

Hazırda oxunan: “Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

631358

“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Hapoel” (Beer-Şeva) bu gün İsrail Toto Kubokunda “Hapoel Hayfa” ilə qarşılaşacaq.

Bizim.Media “Walla Sport”a istinadən xəbər verir ki, baş məşqçi Ran Kojux “Sabah”la oyunu nəzərə alaraq heyətdə ciddi rotasiya edəcək.
 

“Srvena Zvezda” üzərində qələbə qazanan görüşdə start heyətində meydana çıxan futbolçuların əksəriyyətinə istirahət veriləcəyi bildirilir. Ohana, Hazut və digər az oynayan futbolçuların isə “Hapoel Hayfa” ilə matça start heyətində başlamaları gözlənilir.


Mənbə qeyd edir ki, Beer-Şeva təmsilçisi bütün diqqətini dörd gün sonra keçiriləcək “Sabah”la qarşılaşmaya yönəldib.

Xatırladaq ki, “Sabah” “Hapoel”lə ilk matçı avqustun 19-u Rumıniyanın Buxarest şəhərində, cavab oyunu isə avqustun 25-də Bakıda keçirəcək. (qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO