Qurban Qurbanov: “Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik”– VİDEO

Qurban Qurbanov: “Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik”– VİDEO

Hazırda oxunan: Qurban Qurbanov: “Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik”– VİDEO

631064

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın “Dinamo” klubunu 2:0 hesabı ilə məğlub edərək pley-offa yüksələn “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Bizim.Media xəbər verir ki, təcrübəli futbolçu azarkeşlərə minnətdarlığını bildirərək, üzərindəki çətinliklərdən və xarakter nümayiş etdirməsindən danışıb:

“İlk növbədə azarkeşlərə minnətdarlığımı bildirirəm, bu gün bizi yalnız buraxmadılar. Bir az komandaya inamsızlıq var idi, amma mərhələni adlayaraq bu şübhələri aradan qaldırdıq. Şükürlər olsun ki, qələbə qazandıq. Rəqib çox yaxşı müdafiə olunurdu, oyun həddindən artıq çətin idi. Mənim üçün də asan olmadı, çünki 3-4 aya yaxın əvəzedici heyətdə, meydançası bərbad olan yerlərdə, asfaltda məşq etmişəm və təzə-təzə adaptasiya oluram. Bu gün ayağımda zədə var idi, amma meydanı tərk etmək istəmədim, xarakter göstərmək lazımdı. Söz verirəm ki, əlimdən gələni edəcəyəm və azarkeşlər daha yaxşı Elvin görəcəklər”.

Oyundan sonra keçirilən mətbuat konfransında isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin “asfaltda məşq etmişəm” sözlərinə zarafatla münasibət bildirib:

“Bəlkə daha çox asfaltda məşq etmək lazımdır ki, düzəlsin (gülür). Asfaltda məşq etməyib məncə... Bəlkə fərdi məşq edib, bilmirəm. Faydası olacaqsa, tez-tez asfalta göndərərik”.

Qeyd edək ki, Ağdam təmsilçisi Bakıda keçirilən cavab qarşılaşmasında “Dinamo”nu 2:0 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqəni təmin edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO