“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

Hazırda oxunan: “Ronaldo 1000 qol vurmadan dayanmayacaq”
628759
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniya millisinin və "Real"ın sabiq müdafiəçisi Naço keçmiş komanda yoldaşı, hazırda "Əl-Nəsr"də oynayan Kriştiano Ronaldo barədə danışıb.

Bizim.Media “qol.az”a istinadla xəbər verir ki, o, portuqaliyalı hücumçunun 1000 qol vurmadan karyerasını başa vurmayacağını bildirib.

"O, dəqiq dayanmayacaq. Onu tanıyaraq bunu deyə bilərəm. Onun həyatı rekordlar qırmağa həsr olunub və bu, inanılmazdır. Elə görünür ki, bacarmayacaq, amma sonda qarşısına qoyduğu hər məqsədə çatır.  

41 yaşında hələ də mübarizə aparması, ilk gündəki kimi eyni həvəsi qoruması, bu qədər oyun keçirməsinə, uzun səfərlər etməsinə və evdən uzaqda çox vaxt keçirməsinə baxmayaraq dəyişməməsi həqiqətən heyranedicidir. Futbola beş yaşında başlayanda necə həvəsli idisə, indi də elədir.

O, 1000 qol vurmadan dayanmayacaq. Son illərdə ona qarşı oynamışam və hər səhər oyanıb eyni əzmlə mübarizəni davam etdirməsi inanılmazdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO