Abramoviç ona

Abramoviç ona "Çelsi"ni almağı təklif etdi - "Çox pul istəyir"

Hazırda oxunan: Abramoviç ona "Çelsi"ni almağı təklif etdi - "Çox pul istəyir"

62809

İsveçrəli milyarder Hansyorq Viss rusiyalı iş adamı Roman Arbamoviçdən "Çelsi"ni almaq təklifi aldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, "Blick"ə açıqlamasında deyib: “Abramoviç İngiltərədəki villalarını satmağa çalışır.

O, həm də tez bir zamanda “Çelsi”dən qurtulmaq istəyir. Martın 1-də mən və daha 3 nəfər Abramoviçdən “Çelsi”ni almaq təklifi aldıq.

4-5 gün gözləməliyəm. İndi Abramoviç həddindən artıq pul istəyir. "Çelsi"nin ona 2 milyard funt sterlinq borcu var, lakin klubun pulu yoxdur. Bu o deməkdir ki, “Çelsi”ni kim alsa, Abramoviçə bu məbləği kompensasiya etməli olacaq.

Hazırda dəqiq satış qiymətini bilmirik. “Çelsi”ni tərəfdaşlarla birlikdə alacağımı yaxşı təsəvvür edə bilərəm. Ancaq əvvəlcə ümumi şərtləri öyrənməliyəm. Əminliklə deyə bilərəm ki, təkbaşına belə bir iş görməyəcəyəm".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO