“Barselona” rekorda bir addım da yaxınlaşıb

“Barselona” rekorda bir addım da yaxınlaşıb

Hazırda oxunan: “Barselona” rekorda bir addım da yaxınlaşıb

623115

İspaniyanın “Barselona” klubu rekorda bir addım da yaxınlaşıb.

Kataloniya təmsilçisi La Liqanın XXVIII turunda “Jirona” ilə qolsuz bərabərə qalıb.

Bu, Xavi Ernandesin kollektivinin cari mövsüm çempionatda qapısından top buraxmadığı 21-ci matç olub. Qapıçı Mark-Andre ter Ştegen klub rekordunu təkrarlamaq üçün mövsümün sonuna qədər daha 3 qarşılaşmada rəqib hücumlarına mane olmalıdır.

“Barselona”nın La Liqadakı rekordu 1986/1987 mövsümündə 24 “quru” oyun olub. Həmin vaxt çərçivəni Andoni Zubizarreta qoruyub. 2014/2015 mövsümündə isə Klaudio Bravo 23 görüşdə qapısının toxunulmazlığını qorumağı bacarıb.

Qeyd edək ki, “Barselona” hazırda 72 xalla turnir cədvəlinə başçılıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO