DÇ-2026-nın oyununda meydançada gözlənilməz qəza: Su fontan vurdu – VİDEO

DÇ-2026-nın oyununda meydançada gözlənilməz qəza: Su fontan vurdu – VİDEO

Hazırda oxunan: DÇ-2026-nın oyununda meydançada gözlənilməz qəza: Su fontan vurdu – VİDEO

619868

2026-cı il dünya çempionatının qrup mərhələsinin birinci turu çərçivəsində ABŞ-ın Foksboro şəhərindəki "Cillet" ("Gillette") stadionunda baş tutan İraq - Norveç matçında qeyri-adi hadisə yaşanıb.

Bizim.Media xəbər verir ki, AP agentliyinin yaydığı məlumata görə, qarşılaşmanın fasiləsində meydançanın altındakı su borusu partlayıb.

Hadisə Norveç millisinin Erlinq Holandın dublu sayəsində 2:1 hesabı ilə öndə olduğu fasilə dəqiqələrində baş verib. Birdən-birə meydanın mərkəzindəki suvarma sistemi sıradan çıxıb və su fontan vurmağa başlayıb. Nəticədə meydançanın tən ortasında böyük bir gölməçə yaranıb.

Digər suvarma yerləri normal işləsə də, vəziyyətin daha da pisləşməməsi üçün sistem tamamilə söndürülüb.

Stadionun texniki heyəti nasazlığı dərhal fərq edərək operativ şəkildə təmir işlərinə başlayıb.

Görülən sürətli tədbirlər sayəsində ikinci hissənin startına qədər meydançanın zədələnmiş hissəsi tamamilə qaydasına salınıb və oyun maneəsiz davam etdirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO