Dünya Kubokunun “maskot”ları narkotik əməliyyatında – FOTO

Dünya Kubokunun “maskot”ları narkotik əməliyyatında – FOTO

Hazırda oxunan: Dünya Kubokunun “maskot”ları narkotik əməliyyatında – FOTO

619368

Peruda polislər qeyri-adi əməliyyata imza atıblar. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 2026-cı il Dünya Kubokunun maskotu olan "Vito"nun kostyumunu geyinərək narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsin evinə daxil olub.

Bizim.Media CNN türk-ə istinadla xəbər verir ki, əməliyyat Lima şəhərində həyata keçirilib.

Yayılan görüntülərdə maskot kostyumundakı polis əməkdaşının evin qapısını döydüyü, daha sonra isə əməliyyat qrupunun binaya daxil olduğu görünür.

Nəticədə şübhəli saxlanılıb və evdə aparılan axtarış zamanı narkotik maddələr aşkarlanıb.

Peru Milli Polisi son illərdə Sevgililər Günü, Milad bayramı və digər xüsusi günlərdə də oxşar üsullardan istifadə edib. Məqsəd şübhəlilərin diqqətini yayındırmaq və əməliyyatların uğurla həyata keçirilməsini təmin etməkdir.
 

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan əməliyyat istifadəçilər tərəfindən maraqla qarşılanıb. Bir çoxları Dünya Kuboku maskotunun bu dəfə futbol meydanında deyil, narkotiklərlə mübarizədə "oyuna daxil olduğunu" zarafatla qeyd edib.


Qeyd edək ki, 2026-cı il Dünya Kuboku ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Turnirin rəsmi maskotu olan Vito isə futbol azarkeşlərinə oyunun mədəni və əyləncəli tərəfini tanıtmaq məqsədi daşıyır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO