Levandovski müqavilə bağlamaq üçün ABŞ-ya yollandı

Levandovski müqavilə bağlamaq üçün ABŞ-ya yollandı

Hazırda oxunan: Levandovski müqavilə bağlamaq üçün ABŞ-ya yollandı

619079

"Barselona" ilə müqaviləsi başa çatan Robert Levandovski karyerasını MLS-də davam etdirməyə yaxındır.

Bizim.Media xəbər verir ki, "Çikaqo Fayr" polaşlı forvardı heyətinə qatmaq istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
 

ABŞ klubu Levandovskiyə 2+1 illik müqavilə təklif edib. Azad agent statusunda olan 37 yaşlı hücumçu və onun agenti Pini Zahavi MLS klubuna mümkün keçidi müzakirə etmək üçün ABŞ-a səfər ediblər.


Qeyd edək ki, Robert Levadovski 2022-ci ilin yayından "Barselona"da çıxış edirdi. Ulduz futbolçu 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO