“Barselona” Alvareslə razılığa gəldi

“Barselona” Alvareslə razılığa gəldi

Hazırda oxunan: “Barselona” Alvareslə razılığa gəldi

615949

"Barselona" yay transfer pəncərəsində hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, İspaniya çempionunun əsas hədəfi "Atletiko"da çıxış edən Xulian Alvaresdir.
 

"Barselona" argentinalı hücumçu ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb. Dünya çempionu 18,5 milyon avroluq maaş təklifini qəbul edib.


Oyunçu ilə razılıq əldə olunduqdan sonra "Barselona" "Atletiko" ilöə danışıqları davam etdirir. Kataloniyalılar 26 yaşlı forvard üçün Madrid klubuna 90+10 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, Xulian Alvares 2025/2026 mövsümündə "Atletiko"nun heyətində meydana çıxdığı 49 oyunda 20 qol vurub, 9 məhsuldar ötürmə edib. Argentina millisinin üzvünün klbula müqaviləsi 2030-cu ilin yayına kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO