Hindistanda Messinin 21 metrlik heykəli SÖKÜLÜR

Hindistanda Messinin 21 metrlik heykəli SÖKÜLÜR

Hazırda oxunan: Hindistanda Messinin 21 metrlik heykəli SÖKÜLÜR

615788

Hindistanda 2025-ci ilin dekabrında ucaldılmış, "İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messinin 21 metrlik heykəlinin sökülməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə "BBC"yə şərhində Qərbi Benqaliya ştatının qanunverici məclisinin deputatı Şaradvat Mukerci məlumat verib.

"Argentina futbol əfsanəsinin heykəlinin təhlükəli olduğu aşkar edilib. Heykəlin küləkdə yelləndiyini müşahidə etdik", – deyə o bildirib.

Messinin heykəli 2025-ci ilin dekabrında açılmışdı və futbolçunun özü də təntənəli açılış mərasimində iştirak etmişdi.

Messi Kataloniyanın "Barselona" klubunun yetirməsidir. O, əsas komandanın heyətində 2003-cü ildən 2021-ci ilə qədər çıxış edib. Bu müddət ərzində o, 835 oyun keçirib və 709 qol vurub.
 

Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə Argentina millisi ilə Dünya Çempionatını qazanıb, iki dəfə Amerika Kubokunun sahibi olub və səkkiz dəfə "Qızıl top" mükafatına layiq görülüb.


Messi "Barselona"nın heyətində 35, Argentina millisi ilə 6, PSJ-də isə 3 titul qazanıb. O, 2023-cü ildən Amerikanın "İnter Mayami" klubunda çıxış edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO