O, Messinin komanda yoldaşı olacaq - FOTO

O, Messinin komanda yoldaşı olacaq - FOTO

Hazırda oxunan: O, Messinin komanda yoldaşı olacaq - FOTO

614603

"İnter Mayami" futbol dünyasının diqqətini çəkəcək daha bir böyük transferi reallaşdırmağa hazırlaşır.

Bizim.Media "The Athletic"ə istinadən xəbər verir ki, klub "Mançester Yunayted"in ulduz yarımmüdafiəçisi Kazemironu öz heyətinə qatmaq üzrədir.

34 yaşlı braziliyalı futbolçunun İngiltərə təmsilçisi ilə olan müqaviləsinin müddəti məhz bu yay sona çatacaq.

Karyerasını davam etdirmək üçün Florida təmsilçisi ulduz oyunçunun ən prioritet seçimidir. Tərəflər arasında rəsmi müqavilənin ən qısa zamanda imzalanacağı ehtimal edilir.

Xatırladaq ki, Kazemiro 2022-ci ildən etibarən "qırmızı şeytanlar"ın şərəfini qoruyur. Təcrübəli oyunçu cari mövsüm ərzində meydana çıxdığı 35 qarşılaşmada rəqib qapılarından 9 top keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO