Bu futbolçu “Neftçi”dən GEDƏCƏK

Bu futbolçu “Neftçi”dən GEDƏCƏK

Hazırda oxunan: Bu futbolçu “Neftçi”dən GEDƏCƏK

612648

Bu mövsüm zədə səbəbindən az oyun praktikası qazanan Elvin Camalov klubunu dəyişə bilər.

Bizim.Media xəbər verir ki, Premyer Liqanın bir neçə klubu onu heyətində görmək istəyir.

Yuri Vernidubun gəlişindən sonra elə də çox şans qazanmasa da, Camalov meydana çıxdığı matçlarda yaxşı təsir bağışlayıb.
 

Meydanda böyük iş əmsalı yerinə yetirməsi, xüsusən dayaq zonasında oyunu düzgün aparmaq bacarığı ilə seçilən yarımmüdafiəçi məhz bu keyfiyyətlərinə görə digər komandaların məşqçilərinin diqqətini çəkib.


Elvin Camalovun "Neftçi"də qalması da mümkün variantlar arasındadır. Lakin az şans qazanması daha çox gedəcəyi barədə düşünməyə əsas verir.

Qeyd edək ki, mövsümün sonunda Camalovun "Neftçi" ilə müqaviləsi bitir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO