UFC turnirinin mükafat fondu AÇIQLANDI

UFC turnirinin mükafat fondu AÇIQLANDI

Hazırda oxunan: UFC turnirinin mükafat fondu AÇIQLANDI

612171

UFC prezidenti Dana Vayt mətbuat konfransında iyunun 15-də ABŞ-nin Vaşinqton şəhərində keçiriləcək "UFC Vayt Haus - Fridom 250" turnirinin detallarını açıqlayıb.

Bizim.Media "Çempionat" nəşrinə istinadən xəbər verir ki, qarşıdan gələn bu möhtəşəm tədbirin mükafat fondu 1 milyon dollar təşkil edəcək.
 

Məlumata görə, "Gecənin döyüşü" nominasiyası üzrə hər iki idmançıya 300 min dollar məbləğində qonorar ödəniləcək. Turnirin yekunlarına əsasən, ən yaxşı çıxış nümayiş etdirən iki döyüşçünün hərəsi isə əlavə olaraq 200 min dollarla mükafatlandırılacaq.


Xatırladaq ki, "UFC Vayt Haus - Fridom 250" turnirinin əsas döyüşündə 70 kq çəki dərəcəsində məğlubiyyət tanımayan 29 yaşlı UFC çempionu, ispan-gürcüstanlı İliya Topuriya ilə yüngül çəkidə müvəqqəti UFC titulunun sahibi, 37 yaşlı amerikalı Castin Qeyci üz-üzə gələcək. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO