“Prezident Kuboku” beynəlxalq reqatasına Ağdərədə start verildi – FOTO

“Prezident Kuboku” beynəlxalq reqatasına Ağdərədə start verildi – FOTO

Hazırda oxunan: “Prezident Kuboku” beynəlxalq reqatasına Ağdərədə start verildi – FOTO

609678

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2026” reqatası başlayıb.

Bizim.Media xəbər verir ki, Ağdərədə gerçəkləşən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və idman naziri Fərid Qayıbov reqatanın ilk dəfə Sərsəng su anbarında təşkil olunmasının mühüm və qürurverici hadisə olduğunu qeyd edib. O, yarışın təşkilati səviyyəsinin ildən-ilə daha da təkmilləşdiyini vurğulayıb. Nazir bildirib ki, idmançılar yarışdan yüksək zövq alacaq və maraqlı mübarizə nümayiş etdirəcəklər. Daha sonra tədbir nümunəvi çıxışlarla davam etdirilib. Proqram çərçivəsində milli musiqi və rəqs nömrələri də tamaşaçılara təqdim olunub.
 

Daha sonra akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçirilib. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vurublar.


Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.
































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO