"Qarabağ" azarkeşlərə MÜRACİƏT ETDİ

"Qarabağ" azarkeşlərə MÜRACİƏT ETDİ

Hazırda oxunan: "Qarabağ" azarkeşlərə MÜRACİƏT ETDİ
607709
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" Misli Premyer Liqasının XXVIII turunda "Sabah"la keçiriləcək oyuna gəlmək istəyən azarkeşlərinə müraciət edib.

Bizim.Media xəbər verir ki, Ağdam klubu xanım azarkeşlərinin və stadiona "Qarabağ" forması ilə gələcək fanatlara biletlərin pulsuz veriləcəyini daha əvvəl açıqlamışdı.
 

Bildirilib ki, istənilən halda stadiona giriş biletlə olacaq. Forma ilə gələn azarkeşlərə bilet hədiyyə olunur, amma bilet mütləq əvvəlcədən götürülməlidir. Xanım azarkeşlər üçün giriş pulsuzdur, lakin bilet əldə etmək vacibdir.


Biletləri 17, 18 aprel tarixlərində: Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından və klubun Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopundan əldə etmək mümkündür.

Qeyd edək ki, qarşılaşma aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO