“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Hazırda oxunan: “Barselona” Netonu transfer etmək istəyir
601480
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Barselona" Pedro Netonu yaxından izləyir.

Bizim.Media "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Çelsi"nin futbolçusu kataloniyalıların hücum xəttini gücləndirmək qərarı verəcəyi halda mümkün transfer hədəflərindən biridir.
 

Klubun idman rəhbərliyi mərkəz hücumçusu, mərkəz müdafiəçisi və vinger transfer etmək istəyir. Cinah hücumunda start heyətində möhkəm yerə sahib Lamine Yamal və Rafinya kimi futbolçular var.


Eyni zamanda onların ehtiyat variantları olan Markus Reşford və Runi Bardgi hələ komandada tam möhkəmlənməyiblər.

Buna görə də müdafiəni dağıtmaq bacarığı, qol vurmaq və assist etmək qabiliyyəti, hər iki cinahda və “saxta doqquzluq” mövqeyində oynaya bilməsi ilə qiymətləndirilən Neto variantı da nəzərdən keçirilir. Lakin hazırda məsələ yalnız portuqaliyalı futbolçunun çıxışlarının izlənilməsi ilə məhdudlaşır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO