Bəhlul Mustafazadənin yeni klubu BƏLLİ OLDU

Bəhlul Mustafazadənin yeni klubu BƏLLİ OLDU

Hazırda oxunan: Bəhlul Mustafazadənin yeni klubu BƏLLİ OLDU
593453
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin yeni klubu müəyyənləşib. 29 yaşlı futbolçunun karyerasını Çində davam etdirəcəyi bəlli idi. Artıq onun əsas müştərisi də dəqiqləşib.

Bizim.Media xəbər verir ki, həmyerlimiz Çin Super Liqasında mübarizə aparan “Şençjen Penq Siti” ilə anlaşmaq üzrədir.
 

Mustafazadənin transferi ilə bağlı bütün detallar müəyyənləşib. “Qarabağ” bu keçiddən müəyyən məbləğdə gəlir əldə edəcək. Futbolçu özü də yaxın günlərdə Çinə yollanaraq münasibətləri rəsmiləşdirəcək.


Qeyd edək ki, 2017-ci ildə yaradılan “Şençjen Penq Siti” ilk ilində Həvəskarlar Liqasından II Liqaya yüksəlib. Orada da iki mövsüm çıxış edən komanda 2020-ci ildə I Liqaya vəsiqə əldə edib.

“Şençjen Penq Siti” 2023-cü ildə I Liqanın çempionu kimi Super Liqaya yüksəlib. Komanda 16 komandalı çempionatda 2024-cü ildə 14-cü, 2025-ci ildə isə 12-ci yeri tutub.

Çin millisinin sabiq futbolçusu Çen Taonun baş məşqçilik etdiyi “Şençjen Penq Siti”də əsasən yerli oyunçular çoxluq təşkil edir. Komandada həmçinin 2 braziliyalı və 1 israilli futbolçu da var.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO