Gəncə stadionu bu tarixdə "Kəpəz" klubunun ixtiyarına veriləcək

Gəncə stadionu bu tarixdə "Kəpəz" klubunun ixtiyarına veriləcək

Hazırda oxunan: Gəncə stadionu bu tarixdə "Kəpəz" klubunun ixtiyarına veriləcək
587951
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə şəhər stadionunun aprel-may ayında "Kəpəz" klubunun ixtiyarına veriləcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə müsahibəsində yayıb. 

O, arenanın ot örtüyünün hazır vəziyyətə gətirilməsinin hava şəraiti ilə bağlı olduğunu diqqətə çatdırıb:

"Dəqiq tarix demək bir az çətindir. Amma yəqin ki, bu, aprel-may aylarına təsadüf edəcək və stadion oyunlar üçün hazır vəziyyətə gətiriləcək. Bu, hava şəraitindən asılı olan məqamdır. Biz gözləməliyik. Gəncə şəhər stadionu müasir standartlara cavab verir. 
 

Orada azarkeşlər və futbolçular üçün yaxşı şərait var. Futbol oynamaq, izləmək üçün hər şey yaxşı səviyyədə qurulub. Azərbaycanda ən yaxşı futbol stadionlarından biridir. Biz də orada oyunların tez olmasını istəyirik. 


Amma aprel-may aylarını gözləməliyik. Komandanın həmin vaxt orada oynaya bilməsi üçün çalışırıq". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO