Messi ən dəyərli oyunçu SEÇİLDİ

Messi ən dəyərli oyunçu SEÇİLDİ

Hazırda oxunan: Messi ən dəyərli oyunçu SEÇİLDİ
584764
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də mövsümün ən dəyərli oyunçusu seçilib və bunu ardıcıl ikinci dəfə edib.

Bizim.Media xəbər verir ki, 38 yaşlı Argentina millisinin forvardı ABŞ millisinin keçmiş futbolçusu Lendon Donovanın adını daşıyan mükafatı əldə edib.

Mükafat MLS-in müntəzəm mövsümünün nəticələrinə əsasən təqdim olunur. Messi 28 oyunda 29 qol vurub və 19 məhsuldar ötürmə edib.
 

O, səslərin 70,43%-ni toplayıb. Ən yaxın izləyicisi "San-Diyeqo"nun futbolçusu Anders Dreyer – 11,15% səs yığıb.


Dünya çempionu MLS tarixində ardıcıl iki mövsümdə MVP mükafatını qazanan ilk futbolçu olub.

Mükafat 1996-cı ildən verilir və iki dəfə ona layiq görülən digər futbolçu "Kanzas-Siti"nin keçmiş oyunçusu Predraq Radosavlevicdir (1997, 2003).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO