Noyer Bundesliqa tarixində birinciliyə YAXINLAŞIR

Noyer Bundesliqa tarixində birinciliyə YAXINLAŞIR

Hazırda oxunan: Noyer Bundesliqa tarixində birinciliyə YAXINLAŞIR
583069
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqa tarixində ən çox oyun keçirən qapıçılar arasında ikinci pilləyə yüksəlib.

Bizim.Media xəbər verir ki, Almaniya çempionatının 12-ci turunda Münhen təmsilçisinin "Sankt-Pauli" ilə matçı (3:1) Manuel Noyerin liqada 534-cü oyunu olub.

Bu göstərici sayəsində futbolçu vaxtilə “Borussiya Dortmund” və “Ştutqart”ın şərəfini qorumuş Ayke İmmelin nəticəsini təkrarlayıb.

Qapıçılar arasında Bundesliqada lider 557 oyunla Oliver Kandır.

Qeyd edək ki, 2011-ci ildən “Bavariya”da çıxış edən Noyer bu müddət ərzində 12 dəfə Almaniya çempionu, 5 dəfə ölkə kubokunun və 8 dəfə Super kubokun qalibi olub. O, həmçinin ikiqat
Çempionlar Liqası qalibidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO