“Real Madrid” formaları dünyada ən populyardır və 2025-ci ildə satışda liderlik edir.
Bizim.Media “Euromericas Sport Marketing”ə istinadən xəbər verir ki, Madrid klubu ilin əvvəlindən bəri dünyada 3,1 milyondan çox forma satan ilk klub oldu. Bunun səbəbi qismən Kilian Mbappe, Vinisius Junior və Cud Bellingem kimi oyunçuların populyarlığıdır.
Bu kateqoriyada ilk beşliyə həmçinin “Barselona” (2,9 milyon), PSJ (2,5 milyon), “Bavariya” (2,4 milyon) və “İnter Mayami” (2,2 milyon) daxildir.
İspaniya liqasında oynanılan 13 oyundan sonra “Real Madrid” 32 xalla turnir cədvəlinə başçılıq edir.
“Real Madrid” növbəti oyununda 30 noyabrda “Jirona” ilə qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:22 / 28.11.2025
“Real” Madridin formaları dünyada ƏN POPULYARDIR
Hazırda oxunan: “Real” Madridin formaları dünyada ƏN POPULYARDIR
Hazırda oxunan: “Real” Madridin formaları dünyada ƏN POPULYARDIR
582916
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































