Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirildi - FOTO

Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirildi - FOTO

Hazırda oxunan: Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirildi - FOTO
578709
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar Olimpiya İdman Kompleksində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun və Qusar Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirilib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, yarışın qalibləri Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunub.

Qusar idmançıları eyni zamanda respublika səviyyəsində də uğurlu nəticələr göstəriblər.
 

26 oktyabr – 1 noyabr tarixlərində Bakı şəhərində keçirilən Qol güləşi üzrə Dünya çempionatında çıxış edən qusarlı idmançılar müxtəlif yaş və çəki dərəcələri üzrə yarışlarda yüksək nəticələr qazanaraq ölkəmizi layiqincə təmsil ediblər.


Sevindirici haldır ki, qusarlı idmançılar təkcə yerli deyil, beynəlxalq arenalarda da uğurla çıxış edərək ölkəmizi layiqincə təmsil edirlər.

Onlara gələcək yarışlarda daha böyük nailiyyətlər və yeni qələbələr arzulayırıq.

Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirildi - FOTO - foto 1
Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirildi - FOTO - foto 2
Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirildi - FOTO - foto 3


Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirildi - FOTO - foto 4
Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirildi - FOTO - foto 5
Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirildi - FOTO - foto 6


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO