Yanvarın 9-da futbol üzrə İtaliya A Seriyasının 21-ci turuna “Venesiya”–“Milan” oyunu ilə start verilib.
Bizim.Media xəbər verir ki, "Penco" stadionunda keçirilən görüşdə milanlılar üstün olublar - 0:3.
"Rossonyeri"nin heyətində Zlatan İbrahimoviç və Teo Hernandes (2) fərqləniblər.
Qeyd edək ki, matçın 58-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Mixael Svobida birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu qələbə sayəsində "Milan" xal ehtiyatını 48-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib.
İki oyun az keçirən "İnter" 46 xalla ikinci yerdədir. "Venesiya" isə 17 xalla on altıncı yerdə qərarlaşıb.
Turun digər görüşləri gün ərzində keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:03 / 09.01.2022
“Milan” səfərdə qələbə qazandı - Liderliyə yüksəldi
Hazırda oxunan: “Milan” səfərdə qələbə qazandı - Liderliyə yüksəldi
Hazırda oxunan: “Milan” səfərdə qələbə qazandı - Liderliyə yüksəldi
54540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.