
- A-
- A
- A+
İdman
08:48 / 01.11.2021
“Qalatasaray” doğma meydanda “Qaziantep”i məğlub etdi
Hazırda oxunan: “Qalatasaray” doğma meydanda “Qaziantep”i məğlub etdi
44113
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Oktyabrın 31-də futbol üzrə Türkiyə çempionatının XI turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray" doğma meydanda “Qaziantep”i qəbul edib.
Bizim.Media xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqların qapısından iki cavabsız top keçirib. İstanbul təmsilçisinin qollarını Olimpiu Morutan və Kərəm Aktürkoğlu vurub.
Günün digər matçlarında isə "Kayserispor" doğma meydanda "Fatih Karagümük"ü 2:1 hesabı ilə üstələyib. "Alanyaspor" - "Göztəpə" görüşündə isə qalib müəyyənləşməyib - 2:2.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 27 xalla "Trabzonspor" başçılıq edir. Ondan dörd xal geri qalan "Hatayspor" ikinci, 21 xala malik olan "Alanyaspor" isə üçüncü pillələrdə qərarlaşıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































