
- A-
- A
- A+
Dəmir yolundan istifadə edən sərnişinlərin NƏZƏRİNƏ
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda dəmiryol nəqliyyat vasitələrinin sığortası üzrə 1 milyon 315 min manat sığorta haqqı toplanılıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 238 min manat və ya 16,1 dəfə çoxdur.
2025-ci ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə toplanılan sığorta haqları 77 min manat təşkil edib.
Hesabat dövründə dəmiryol nəqliyyat vasitələrinin sığortası üzrə 702 min manat sığorta ödənişi həyata keçirilib. Halbuki 2025-ci ilin eyni dövründə bu istiqamətdə sığorta ödənişi qeydə alınmayıb.
Bəs, bu qədər artımın səbəbi nədir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, dəmir yolu üzrə sığorta haqlarının kəskin artmasının iki səbəbi var:
“Birincisi səbəb Gürcüstana dəmir yolu ilə sərnişindaşımadır. Bilirsiniz ki, Gürcüstana səfər edənlərin sığorta olunması əsas şərtdir. Digər səbəbsə ölkə daxilində daşınan sərnişinlərin sığortalanmasıdır.
Xatirinizdədirsə ilin əvvəllərində məlumat yayılmışdı ki, ilin sonunadək Azərbaycanda avtomobil və dəmir yolundan istifadə edən sərnişinlər də sığortalanacaq. Görünür, bu sahədə də proseslər başlayıb. Ona görə də bu ilin 8 ayında dəmir yolu ilə daşımalardan 1,3 milyon manat sığorta haqqı toplanıb”.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































