“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Hazırda oxunan: “Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

643767
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniya hökuməti əhalini ehtimal olunan müharibə və fövqəladə hallara hazırlamaq məqsədilə "Be Ready" ("Hazır ol") adlı genişmiqyaslı məlumatlandırma kampaniyasına başlayıb. 

Bizim.Media "The Times" qəzetinə istinadən xəbər verir ki, təhlükəsizlik tövsiyələri artıq xüsusi portalda dərc edilib.

Britaniya hakimiyyəti sakinlərə fors-major hallar üçün evlərində ən azı üçgünlük ərzaq və su ehtiyatı toplamağı məsləhət görür. 

Həmçinin nağd pul, pasport surətləri, vacib telefon nömrələri, tibbi ləvazimatlar, daşınan enerji qurğuları (powerbank), radioqəbuledici və fənərlərin hazır saxlanılması tövsiyə olunur. Bu addım hökumətin növbəti üç il ərzində həyata keçirməyi planlaşdırdığı "milli davamlılıq dialoqu" proqramının tərkib hissəsidir.
 

Müdafiə naziri Uez Striting Telford şəhərində tank lülələri istehsal edən zavodun açılışı zamanı bəyan edib ki, ölkə vətəndaşları düşmən dövlətlər və ya terrorçular tərəfindən həyata keçirilən kiberhücumlar və təchizat zəncirinin pozulması kimi kritik ssenarilərə hazır olmalıdırlar:


"Supermarketlərdə ödəniş sistemləri dayansa, nə edərdiniz? Bunlar hər an qarşılaşa biləcəyimiz gündəlik təhdidlərdir. Buna görə də ölkəni belə vəziyyətlərə hazır olmağa çağırmaq tamamilə doğrudur".

Məlumata görə, artıq 500-dən çox təşkilat "Be Ready" kampaniyasına qoşulmaq istəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO