Masazırda gölün ətrafında tikilən evləri su basıb: 200-dən çox sakin evini tərk edib – Video

Masazırda gölün ətrafında tikilən evləri su basıb: 200-dən çox sakin evini tərk edib – Video

Hazırda oxunan: Masazırda gölün ətrafında tikilən evləri su basıb: 200-dən çox sakin evini tərk edib – Video

643769
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonu, Masazır qəsəbəsi, Asif Həsənov küçəsində yerləşən Qır gölünün daşması ərazidə yaşayan sakinlər üçün ciddi problemə çevrilib.

Bizim.Media “Baku TV”yə istinadən xəbər verir ki, gölün ətrafında və bir hissəsində tikilən evlər yağışlı havalarda su altında qalır.

Sakinlərin sözlərinə görə, ötən ilin mart ayında yağan yağışlardan sonra ərazini su basıb, 200-dən çox sakin kirayə mənzillərə köçmək məcburiyyətində qalıb.

Onlar bildirirlər ki, evlərin bir çoxunun çıxarışı olsa da, gölün ərazisində tikintiyə kimin icazə verdiyi məlum deyil.
 

Sakinlərdən biri qeyd edib ki, təxminən 10 il əvvəl evini tikəndə ərazi quru olub, lakin sonradan suyun səviyyəsi yüksələrək yaşayış sahələrini təhlükə altında qoyub. Ərazidə suyun çəkilməsi üçün quraşdırılan nasosun hazırda işləmədiyi də bildirilir.


Məsələ ilə bağlı aidiyyəti qurumun nümayəndəsi bildirib ki, gölün yaşayış olan hissəsində bəndlər qurulub, ərazidə subasma hallarının qarşısının alınması üçün nasoslar quraşdırılıb və əlavə nasosların quraşdırılması da nəzərdə tutulur. Onun sözlərinə görə, gölün daşmasına normadan artıq yağıntı səbəb olub. Ərazidə əvvəllər tikintiyə kimin icazə verdiyi ilə bağlı isə nümayəndə məlumat verə bilməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO