Kurtuadan yeni müqavilə AÇIQLAMASI

Kurtuadan yeni müqavilə AÇIQLAMASI

Hazırda oxunan: Kurtuadan yeni müqavilə AÇIQLAMASI

643751
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Real”ın qapıçısı Tibo Kurtua İspaniya klubu ilə yeni müqavilə imzalayacağını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə belçikalı qolkiper “Leyptsiq”lə UEFA Çempionlar Liqası matçından (4:1) sonra “Madrid Universal”a açıqlamasında bildirib.
 

34 yaşlı qapıçının hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır. Tərəflər müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəliblər. Hazırda yalnız bəzi xırda detalların dəqiqləşdirilməsi qalıb.


“Sadəcə, bir neçə xırda detalı həll etmək lazımdır. “Real”da daha bir il qalacağım üçün çox sevinirəm”, – deyə Kurtua bildirib.

Qeyd edək ki, belçikalı qapıçı 2018-ci ilin yayından “Real”ın formasını geyinir. O, cari mövsümdə Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 12 oyuna çıxıb və qapısında 14 qol görüb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO