Abşeron rayonunun Xırdalan şəhərində mənzillərin qiymətində ucuzlaşma müşahidə olunur.
Bizim.Media "Xəzər" TV-yə istinadən xəbər verir ki, Bakı-Sumqayıt şosesində və Xırdalanın daxili küçələrində yaşanan tıxaclar, sakinlərin işə və təhsil müəssisələrinə gedərkən uzun müddət yolda qalması alıcıların seçimlərinə təsir edən əsas amillərdən sayılır.
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, ərazidə mənzil qiymətlərində 10-15 faizlik ucuzlaşma müşahidə edilir. Təkliflərdə 2 otaqlı mənzillərin qiyməti əsasən 80-120 min manat, 3 otaqlı mənzillərin qiyməti 54-124 min manat, 4 otaqlı mənzillərin qiyməti isə 129-149 min manat aralığında göstərilir.
Ekspert təsdiqləyir ki, vaxtilə paytaxta yaxınlığı və nisbətən ucuz mənzil imkanları ilə alıcıların əsas seçimlərindən biri olan Xırdalanda nəqliyyat sıxlığı və infrastruktur problemləri mənzil bazarına təsir edir.
Ekspert onu da bildirib ki, paytaxtda, eləcə də Bakıətrafı digər qəsəbələrdə isə qiymətlərin ucuzlaşması müşahidə edilmir. Əksinə, bahalaşma qeydə alınır.
Daha ətraflı videoda:
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
08:44 / 23.10.2026
Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı – Video
Hazırda oxunan: Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı – Video
Hazırda oxunan: Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı – Video
643756
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































