La Liqada səfər azarkeşləri üçün YENİ QƏRAR

La Liqada səfər azarkeşləri üçün YENİ QƏRAR

Hazırda oxunan: La Liqada səfər azarkeşləri üçün YENİ QƏRAR

643732
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

La Liqanın 20 klubundan 17-si səfər azarkeşləri üçün biletlərin qiymətini maksimum 30 avro ilə məhdudlaşdırmaq barədə razılaşmaya qoşulub.

Bizim.Media xəbər verir ki, bu barədə liqa nümayəndəsi “Reuters”ə açıqlamasında bildirib.
 

2023/2024 mövsümündən qüvvədə olan razılaşmaya əsasən, səfər azarkeşləri üçün ən azı 300 bilet ayrılmalıdır. La Liqanın məlumatına görə, təşəbbüs səfər biletlərinin satışını hər oyuna orta hesabla 33 faiz artırıb.


Qeyd edək ki, İngiltərə Premyer Liqasında səfər biletlərinin qiyməti maksimum 30 funt sterlinqdir. UEFA isə Çempionlar Liqasında qonaq azarkeşlər üçün biletlərin qiymətini 50 avro ilə məhdudlaşdırıb.

La Liqa nümayəndəsi razılaşmaya yeni qoşulan üç klubun adını açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO