
- A-
- A
- A+
Fazil Mustafa: “850 şagirdlik məktəbdə 2551 uşaq təhsil alır”
Bakı məktəblərdə ən böyük problemlərdən biri şagird sıxlığı ilə bağlıdır.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputat problemin miqyasını Zabrat qəsəbəsində yerləşən 192 saylı məktəbin timsalında diqqətə çatdırıb.
O bildirib ki, məktəb 850 şagird üçün nəzərdə tutulsa da, hazırda burada 2551 uşaq təhsil alır:
"Bir müəllimə dərs saatı ərzində bir şagirdlə maraqlanmaq üçün 30 saniyə vaxtı olur, bundan artıq vaxtı yoxdur. Bu məktəbdə uşağı necə savadlı, hazırlıqlı və tələblərə uyğun yetişdirmək mümkündür? Məktəbin zalı 25 kvadratdır, hündürlüyü 3 metrdir. Bu idman zalında hansı idman vərdişlərini məktəb dövründə əldə etmək mümkündür? Bununla bağlı mən cənab Baş nazirə məktub ünvanlamışam və öz təkliflərimi vermişəm. Bu, təkcə bir məktəbin nümunəsində dedim, çox sayda belə məktəblər var. Bu problem həllini mütləq tapmalıdır".
F.Mustafa problemin aradan qaldırılması üçün modul tipli məktəb təcrübəsindən istifadə etməyi təklif edib. O qeyd edib ki, məktəblərin həyətində müvafiq ərazi olduğu halda, həmin sahələrdə 10-15 sinif otağından ibarət əlavə korpusların yaradılması şagird sıxlığını azaltmağa, növbəlilik problemini yüngülləşdirməyə imkan verə bilər.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































