Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik

Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik

Hazırda oxunan: Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
643781
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub.

Yaxın zamanlarda məktəblərdə başqa hansı istiqamətdə yeni tənzimləmələrin olması gözləniləndir, yaxud zəruridir?

Bizim.Media xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi “globalinfo.az”a açıqlamasında Tiktoka məhdudiyyətin ötən illərdən tətbiq olunduğunu bildirib:

“Bu il isə qaydalar bir qədər də sərtləşdirilib. Bununla yanaşı, təhsil müəssisələrində narkotik vasitələrin istifadəsi, cinayət hadisələri və qeyri-etik görüntülərlə bağlı olanlar da daxil olmaqla, 200-dən çox zərərli məzmunlu paylaşımın məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb. Bu, zəruri və düzgün qərardır”.

Ekspert bildirib ki, şagirdlərin dərs zamanı mobil telefonlardan istifadəsi qadağandır:
 

“Bu qayda ilə yanaşı, müəyyən məzmunlara çıxışın məhdudlaşdırılması da onların zərərli paylaşımları izləməsinin qarşısını almağa xidmət edir. Xüsusilə Tiktokda şagirdlərin bir-birinə qarşı zorakılıq görüntülərini çəkərək paylaşması bu məhdudiyyətin tətbiqini zəruri edən amillərdən biri olub.


Gözləntilər ondan ibarətdir ki, gələcəkdə yalnız Tiktok eyil, şagirdlər üçün zərərli məzmun ehtiva edən digər sosial şəbəkələrə çıxış da məhdudlaşdırılsın. Ümumilikdə, bu istiqamətdə görülən tədbirlər vacibdir. Şagirdlərin əsas diqqəti elmə və təhsilə yönəlməli, onlar bu sahələrdə inkişaf etməlidirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO