
- A-
- A
- A+
Deputatdan Ermənistana XƏBƏRDARLIQ – “Sülh müqaviləsinin imzalanması uzanarsa...”
“Ermənistan regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Rizvan Nəbiyev deyib.
Deputat bildirib ki, sülh müqaviləsinin imzalanmasının uzanması, hətta Ermənistanın özündə də nəzarətdən çıxa biləcək hadisələrə yol aça bilər.
Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanmasından və ratifikasiyasından sonra dövlətlərarası münasibətlərin nizamlanması istiqamətində növbəti addımlar atılmalı, o cümlədən diplomatik əlaqələr qurulmalıdır.
Deputat sülh prosesinin humanitar aspektinə də diqqət çəkib:
"4000-dən çox Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 288-i qadın, 71-i uşaq, 319-u isə ahıl şəxsdir. İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistanın konkret addımlar atması gözlənilir".
O əlavə edib ki, regionda davamlı sülhün və sabitliyin bərqərar olması üçün Ermənistan siyasi, iqtisadi, humanitar və beynəlxalq istiqamətlərdə üzərinə düşən vəzifələri yerinə yetirməlidir.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































